Hər birinizin əziz kəslərin Allah qorusun,dəyərli dostlar.

Bir kəsin ola

Dərddən qorxmayasan,nə tənhalıqdan,
Ruhuna kim tənsə,o bəsin ola.
Xəyala dalasan…, baxa aynadan,
Verdiyi nəfəsi nəfəsin ola,


Darıxmaga əziz bir kəsin ola.
Etdiyin xəyallar kömək etmiyə,
Şirin xatirələr ünə yetmiyə,
Hicranın, həsrətin heç vaxt bitmiyə,


Bəlkə itirdiyin bir dərsin ola,
Darıxmaga əziz bir kəsin ola.
Silinə qəlblərdən,bütün yalanlar,
Məhvərdən yox ola pislik, yamanlar,


Məhşərə çəkilə Allah dananlar,
Hamının tamahsız bir nəfsi ola,
Darıxmaga əziz bir kəsin ola.
Qəbirin Vətəndə qismətin ola,


Nərgiz,bənövşəylə salalar yola,
Deyələr qovuşdu atayla bala.
Daldan, ,,getmə”deyən bir səsin ola,
Darıxmaga əziz bir kəsin ola.



Fəridə Köçərli İbrahimova 15.10.20.
www.kafiye.net