Şeirimə yeni nəfəs verən dostlar Arzu xanımın ifasında ,tərtibatı Əsmər xanıma məxsusdur.
ALLAH SİZİ QORUSUN! UGURLARINIZ
BOL OLSUN!

Gecə …gündüz

Yagır qara yagış gecə qoynuna
Deyirlər -əzəldən təxti qaradır…
Dözsədə, talehin hər bir oynuna,
Adı şər qoyulub,bəxti qaradır.


Yagır qara yagış necə qoynuna ?
Demə,yagan yagış ona nur saçır.
Əllərin qoyubdur gecə qoynuna,
Xoşbəxtlik hər zaman ondan yan qaçır.


Çündüzmü günahkar ,gecə şərinə
Kədərdə qıraqdır, nəşədə ortaq
Əzəldən belədir,getsən dərinə,
Gecədir gündüzün şərində qonaq.


Desəm ki,gecəyə yazıgım gəlir
Demə, gecələrin kefi əladır .
Gündüzün günahın günəş əridir..
Geçənin ümüdü tək bir ,,ay”adır.,,


Gecə korlarındır,”deyib,keçməyin
Qaranlıq məzara yolunuz düşər
Gecədən qaçaraq günəş seçməyin,
Bəxtə ay sevgisi,ya ulduz düşər…


Tale ulduzumu səmadan dərib,
Gecələr yastıga bir baş qoyuram.
Gündüzlər dərdlərə sinəmi gərib,
Gecə yuxularda xoşbəxt oluram.


Fəridə ,şerinlə sinənə döyüb,
Gündüzkən gecəyə dönə bilməzsən.
Gecənin şərini sanaraq eyib,
Gündüz zirvəsindən enə bilməzsən!


Fəridə Köçərli İbrahimova
www.kafiye.net