Son söz


Həkim gəldi, qızıl əsgər,
Can üstündə, yaralıydı.
Başı üstdə durmuş əcəl,
O həyatdan aralıydı.


Dolduraraq yarı – yarı,
İynə vurdu, açdı gözün.
Unudaraq ağrıları,
Güclə dedi, o, son sözün.


Aldat məni, aldat həkim,
De, almışıq Qarabağı.
Qlyma o, dünyada çəkim,
Aparmayım mən bu dağı.


Anamı da aldat, həkim,
Qoy bircə gün gülsün üzü.
De, yağıya oldum qənim,
Sevinc ilə dolsun gözü.


De ki, oğlun Bayraq asdı,
Əvvəl ona zəfəri de.
Sevinəmməz yaslı-yaslı,
Sonda ölüm xəbəri de.


Şəhid oldum, gilə-gilə,
Fərəhindən doldu gözü.
Xırıltılı bir səs ilə,
“Vətən” oldu “vida” sözü.


Sakit Memmedov / 25. 10. 2020.
www.kafiye.net