YAZ QƏLƏBƏ SÖZÜNÜ


Mən bir Vətən qızıyam,
O Vətən mənim canım,
O mənim öz anamdır,
Doğma Azərbaycanım!


Onun gözəlliyindən,
Mən də ilham alıram,
Qələmimlə vəsf edib,
Göydə qanad çalıram!


Vətən mənim şərəfim,
Vətən mənim şanımdır,
Damarımda dolanan,
Al qırmızı qanımdır!


Döyünən qəlbim də
O,Görən gözümdür Vətən,
Təbriz,Dərbənd haraylı,
Misram, sözümdür Vətən!


Alıb Şuşa-Laçını,
Yurdda bayram edəcəm,
Yurduma sahib durub,
Düşmən gözün didəcəm!


Xocalı dərdi bizim,
Sinəmizdə dağ olub,
Əsir gedən qız-gəlin,
Namusu tapdağ olub!


Qoymaram bu heyifi,
Düşmənimdə qalmağa,
Döyüşür şanlı ordum,
Yağıdan öc almağa!


Yumruğunu vuraraq,
Pasinyanın başına,
Qalxıb ər oğlu,ər tək,
Qarabağ savaşına!


Qeyrətinə qurbanam,
Heydər oğlu,Ər oğlu,
Ali Baş Komandanım,
Xalqın hünərvər oğlu!


O İrəvan xanlığı,
Göyçə eli bizimdir,
Zəngəzur ellərinin,
Dağda gülü bizimdir!


Bax yeni tarix yazır,
Əsrimin Sərkərdəsi,
Zəfər,Qələbə ilə,
Sevindirir hər kəsi!


Çıxıb torpaq uğrunda,
Mərd igidlər savaşa,
Şəhid olur oğullar,
Yolunda qoşa-qoşa!


Şəhid anası deyir,
Mənə ağlamaq düşməz,
Mənim oğlum ölməyib,
Qara bağlamaq düşməz!


Biz ki,sənin uğrunda,
Şirin candan keçənik,
Müqəddəs Bayrağına,
Qurana and içənik!


Xocalının qisasın,
Tezlik ilə alacaq,
Zəngəzurda, Göyçədə,
Zəfər marşı çalacaq!


Birləşib Türk elləri,
Böyük Turan olacaq,
Hər kəs də öz yurdunda,
Tikib-quran olacaq!


Yazıram bitmir sözüm,
Sənsən alovum- közüm,
Qələbə həsrətiylə,
Yox daha məndə dözüm!


Vətən sənin adına,
Qurban dedim özümü,
Solmaz burda dur,dayan,
Yaz Qələbə sözünü!
Çıxart düşmən gözünü!!



Solmaz Şirvanlı / 08-11-2020
www.kafiye.net