…..Az öncə telekanalların birində bir şairin cıxışını və oxuduğu şeirini dinlədim. Dəhşətə gəldim və şairliyimə də lənətlər yağdırdım min kərəm.Şairlik yaltaqlıqmı? ..Məddahlıqmı? ..Riya-karlıqmı? ..Xüdbəsəndlikmi? Şairlik bumu? Möhtırəm Hüseyin Cavid əfəndi, yaxşı ki onu görmədiniz. O da gördüklərinizdəndi.


AĞLAYIN BU QƏLƏMƏ



Mil çəkildi şairlərin gözünə,
Bilinmədi ki göz nədi,gilə nə?
Çəkildi təbi də sanki göylərə,
Şair gəzdi söz dilənə-dilənə.


Qələmin,dəftərin son qisməti bu…
Haqq atın dördnala çapmadı daha.
Bir qarın çörəkçün,bir qurtum suçün
Şair doğulan da döndü məddaha.


Bu dövranın mayasına nə deyim?
Şairliyin əldən aldı şairin.
Pərvanədən,oddan üzün çevirib,
Qarın üçün yazdı şair şeirin…


Qarın üçün yazdı şair şeirin,
Beyin acdan öldü,qarın oldu tox.
Qarınçün ağlayan tapıldı,ancaq,
Qımcınıb,beyinçün bir ağlayan yox!


Qələm də,dəftər də görən,bildimi,
Şairlər bazarda lordan aşağı?
Şairlər saraylar həndəvərində
Gəzib də dolaşan bir əl uşağı…


Mil çəkildi şairlərin gözünə,
Bələndi də qəm-qüssəyə,ələmə.
Ey Allahı,Rəsulunu sevənlər,
Di yas tutun,ağlayın bu qələmə!


Şeytanlar,iblislər gəldi üstünə,
Xıncım-xıncım edildi,haqq basıldı.
Qandallandı,zəncirləndi birbə-bir,
Söz boğazdan,şeir dildən asıldı.



Fəzlullahın,Nəsiminin ruhu da
Haqq istəyib,kimə etsin xitabı?
Özün gör!..Özün gör,necə də Allah,
Bağlandı söz dünyasının kitabı?!.



Məzahir İsgəndər
www.kafiye.net