Birisinə xoş sözlərlə.


S Ə N D E Y Ə N D E Y I L Ə M



Nə imanlı,nə dinlisən,kim bilə?
Nə yenmisən,nə minmisən,kim bilə?
Şeytanmısan,ya cinmisən,kim bilə?
Yeri bala,mən sən deyən deyiləm!


Nə dərəsən,nə təpəsən,nə düzsən,
Min xəyallı,min sevdalı,min üzsən,
Osan…busan…elə bilmə özünsən,
Yeri bala,mən sən deyən deyiləm!


Ətri-gülab sarımsağa qarışmaz,
Ulduzumuz bir-birilə barışmaz,
Düz-dünyamız bir-birilə yarışmaz,
Yeri bala,mən sən deyən deyiləm!


Qarğa,bülbül bir qəfəsə salınmaz,
Dəf,nağara kaman kimi çalınçaz,
Bir qalayam,min sən gələ,alınmaz,
Yeri bala,mən sən deyən deyiləm!


Məzahirəm,əlim boz kül dilənməz,
İz qoymuşam,min yel,tufan silənməz,
Tülkü aslan yerişini bilənməz,
Yeri bala,mən sən deyən deyiləm!



Məzahir İsgəndər
www.kafiye.net