Susdura bilmirəm səni.


Ruhumumun yorulan vaxtına düşdü,
Gözlərimi yumub dinlədim səni.
Şeirə vurgunluq canımı aldı,
Nəfəsimi tutub dinlədim səni.


Sehirli bir eşqlə kitaba döndün,
Əzbərin mükəmməl, xitaba döndün,
Şeir pıçıldayan otaga döndün,
Gözlərimi yumub dinlədim səni.


İlahi eşq göydən asılı qaldı,
Şeirlər köksünə qısılı qaldı,
Səsinin sehrində xəyala daldım,
Nəfəsimi tutub dinlədim səni.


Hər gün kəşf edirəm, elə bil yeni,
Ruhuna şeirlər baglayır məni,
İçimdə susdura bilmirəm səni,
Gözlərimi yumub dinlədim səni.



19.09.2020.
Xuraman Camalqızı
www.kafiye.net