Unudacaq deyiləm.


Bir cavan ki, əli ələ dəyməmiş,
Bu ogul ki, özün hələ öyməmiş,
– Vətən, sənə ,canım fəda söyləmiş,
O şəhidin qarşısında əyilləm,
Ömür boyu unudacaq deyiləm.



Gənclik ilə uşaqlıgın arası,
Anasının əziz ciyərparası,
Atasının köksündə od yarası,
Od düşən yer çox yanacaq, bilirəm
Ömür boyu unudacaq deyiləm.


Qıymazdılar yüksək yerə çıxasan,
– Qorxu filmi sənə olmaz, baxasan,
Bir nəsilin əzizisən axı sən,
Hamı kimi mən də səni sevirəm,
Ömür boyu unudacaq deyiləm.


Rəsmi solan, O sevdiyin qız öldü,
Qış ömrünə bahar gəlməz, yaz öldü,
Agıların gücü yetməz, söz öldü,
Vətən səni ucaldacaq, deyirəm,
Ömür boyu unudacaq deyiləm.


01. 10. 2020.Bədahətən.
Məkanın cənnət olsun şəhidim.


Xuraman Camalqızı

www.kafiye.net