Sevdiyi döyüşdə olan, əsgər yolu gözləyən gəlinlərə ithaf edirəm!

İSTƏRƏM


Qələmimdən şölə alıb,
Qolumu boynuna salıb,
Səninlə xəyala dalıb,
Gül üzün süzmək istərəm!


Sevdiyim döyüşə gedib,
Düşmənlərin gözün didib,
Vüsalını bayram edib,
Nurunda üzmək istərəm!


İtib gedib xoş əhvalım,
Solub artıq gül camalım,
Artıb yenə dərd-məlalım,
Əzaba dözmək istərəm!


Savaş gedir torpağımda,
Pozulub xoş növrağım da,
Könlüm Zəfər sorağında,
Nə olur sezmək istərəm!


Baxıb Şəhid məzarına,
Düşdüm dərdi-azarına,
Allah rəhm et yazarına,
Şuşada gəzmək istərəm!


Solmazın gözündə yaşı,
Bitir Ya Rəbb bu savaşı,
Düsmənimə vurub daşı,
Şerimi düzmək istərəm!


Solmaz Şirvanlı / 06-11-2020
www.kafiye.net