Sən kimsən ki?- deyə soranlara.

MƏN MƏZAHİR İSGƏNDƏRƏM

O üzümlə,bu üzümlə,
Gecəmlə,gündüzümlə,
Dağımla-düzümlə,
Külümlə,alovumla,od-atəşimlə,közümlə,
Səhvimlə,yanlışımla,düzümlə,
Sazımla,sözümlə olandan elə beləcənə–
        beləcənə yol gəlib,beləcənə də gedərəm.
Gözyaşımla,gülüşümlə özüm-özümü oxşayıb,
  özüm-özümü sevib,əzizləyib,
     ösüm-özümlə tutaşıb,
       özüm-özümlə savaşıb,
         özüm-özümlə cəng edərəm…

Qanana gül qoxulu,gül rayihəli,gül ətirli,
Qanmayana göynədən,qanadan tikan qədərəm.
Kiminə su,çörək,hava kimi gərəkli,
kiminə də saman çöpü qədər hədərəm.
Can deyənə şəkərdən, şan baldan şirin,
Çor deyənə nəfəsi dağları-daşları,
Dəmirləri də əridən ilan zəhərindən bətərəm.



Dəyişməyəcəyəm!..
Dəyişməyəcəyəm!..
Dəyişməyəcəyəm!..
Anam məni beləcənə, elə beləcənə doğub,
                                elə beləcənə də gedərəm.
Çünki…Cünki…Çünki…
Çünki mən Məzahir İsgəndərəm!





Məzahir İsgəndər

02.11.2020
www.kafiye.net