BİZ QALİB GƏLƏCƏYİK.



Biz bu xalqın övladı,Koroğlu nəvəsiyik
Babamız Dədə Qorqud,Babəkin nəfəsiyik
Nəsiminin haqq səsi,Üzeyir bəstəsiyik
Biz qalib gələcəyik,biz qalib gələcəyik..

***
Soyumuz,kökümüz pak,ər övladı,ərik biz
Türk Dünyamız yenilməz,yumruq kimi birik biz
El səsimə səs verir ,artıq səfərbərik biz
Biz qalib gələcəyik,biz qalib gələcəyik…

***
Yüz illərdir zəli tək şər sorur qanımızı
Mənfur əməllərilə incidir canımızı
Düşmənin payın verib,ucaldıb şanımızı
Biz qalib gələcəyik,biz qalib gələcəyik…

***
Qoy yağı düşmən bilsin vətənə bağlıyıq biz
Xocalım,Şuşam darda,ürəyi dağlıuıq biz
Bu torpağın qəhrəman,şirbilək oğliyuq biz
Biz qalib gələcəyik, iz qalib gəıəcəyik…

***
İt kimi soxildinuz torpağıma izinsiz
Qarabağ bizimkidir əlinizi üzün siz
İndidən özünüzə gedin qəbir qazın soz
Biz qalib gələcəyik,biz qalib gələcəyik…


Nazlı Haçılı
www.kafiye.net