Müharibələrin yaşayan abidələri – Qazilərə həsr edirəm… Hörmət və ehtiramla.

Şehidliye

Sərhəddimiz xainliklə talandı,
Vətən eşqi !– başqa nə var yalandı,
Namərd güllə gicgahını yaladı…
Şəhidliyə bircə addım qalmışdı.


Andınızdan dönmədiniz Qazilər!
Yara alıb, dinmədiniz Qazilər,
Vuruldunuz, ölmədiniz ,Qazilər…
Şəhidliyə bircə addım qalmışdı.



Sipər etdin şirin canı Vətənə,
Fəda etdin şərəf – şanı Vətənə,
Keçən günü, gələn anı Vətənə…
Şəhidliyə bircə addım qalmışdı.



Son döyüşdə dünya sanki qopdu ,heyy,
Halal qanın bu torpaga axdı, heyy,
Döyüşçülər candan canı tapdı ,heyy…
Şəhidliyə bircə addım qalmışdı.



Mənəvi rütbədi Qazi adınız,
Qanı bahasına siz ad aldınız,
Sonuncu güllədən tez yayındınız…
Şəhidliyə bircə addım qalmışdı.



27.07.2020.
Xurman Camalqızı
www.kafiye.net