Q16

Dostuma

Çıxdıqca sıradan güvəndiklərin,
Bir gün görəcəksən,bir ərk yerin yox.
Qayıtmaz olduqca gözlədiklərin,
Sancılar qəlbinə, ümüd dolu ox,
Bir gün görəcəksən,bir ərk yerin yox.


Bu gün yalan deyib,aldadacaqsan,
Sabah ,,sən öl” ilə tovladacaqsan.
İnamı gümana yollayacaqsan.
Tənhalıq aclıgın sən tutsan da tox,
Bir gün görəcəksən,bir ərk yerin yox.


Meydə tapacaqsan dostu – tanışı,
Sənə yadlaşacaq dogma alqışı.
İllərlə secməyib düzü,yanlışı,
Çoxu az bilərək , azı isə çox,
Bir gün görəcəksən,bir ərk yerin yox.


Fəridə, dost üçün yanma bu qədər,
Bəlkə də sözlərin hədərə gedər.
Sənin öz taleyin ondan da betər.
Bir ovuc torpaga həsrətindən qorx,
Bir gün görəcəksən ,bir ərk yerin yox.


Fəridə Köçərli.24.10.19.
www.kafiye.net