Eşitsin bütün aləm, “Azərbaycan oyaqdı!


“Otuz il səbr elədik, gecə-gündüz yatmadıq,
Eşitsin bütün aləm, Azərbaycan oyaqdı!
Kimlərsə satdı bizi, biz torpağı satmadıq,
Ən böyük and yerimiz, bir torpaq, bir bayraqdı,
Eşitsin bütün aləm, Azərbaycan oyaqdı!



Ali Baş Komandan sənə, Vətəndən çıx get, dedi,
Otuz il biz əkəni, haramın, tıx get, dedi.
Danışıqda, sülh olsun, əlimi sıx, get dedi,
Erməni Qarabağtək Gülüstanda alaqdı,
Eşitsin bütün aləm, Azərbaycan oyaqdı!


Daha gecdi, Paşinyan, ordumuz zəfər çalır,
Siz dağı çox sevirdiz, sinənizdə “dağ” qalır.
Neçə kənddə, şəhərdə bayrağımız ucalır,
Türkiyəylə, Pakistan bizə qardaş, dayaqdı,
Eşitsin bütün aləm, Azərbaycan oyaqdı!


“Son damla qana qədər”, Azərbaycan and içib,
Torpaqsız yaşamarıq, millət “cihadı” seçib.
Qoy sevinsin ruhları, kim ki, canından keçib,
Zəfərə gedən yolda, hər Şəhid bir mayaqdı,
Eşitsin bütün aləm, Azərbaycan oyaqdı!


Sakit, yenə də ruhun Qarabağda qonaqdı,
Torpaq həmən torpaqdı, bulaq, həmən bulaqdı.
Eşq olsun ordumuza, hər əsgər bir oraqdı,
Traktorla yığırlar, leşlər qalaq-qalaqdı,
Eşitsin bütün aləm, Azərbaycan oyaqdı!



24. 10. 2020.
Sakit Memmedov
www.kafiye.net