Laçınıma baxan gözünə qurban

Düşmüşdük illərdir çətin,,oyuna”,
Həsrət idik, ovuc torpaq payına,
İGİD ƏSGƏR! fəda olum boyuna.
Laçınıma baxan gözünə qurban.


Çin olub axır ki, arzu diləyim,
Düşmənə süpərsən,vuran ürəyim,
Sənə hayan olsun sevgi mələyin,
Laçınıma baxan gözünə qurban.


Sultan bəyin yurdu yenə qalibdir,
Düşmən gözün əsgərlərim dəlibdir,
Deyirsən, həsrətim sona gəlibdir,
Laçınıma baxan gözünə qurban.


Payızım, almışdın nəm gözlərimi,
İndi əmanət al əzizlərimi
Eşit Fəridənin son sözlərini;
Laçınıma baxan gözünə qurban.



Fəridə Köçərli.
24.10.2020
www.kafiye.net