Neçə vaxt idi feysbuxa nəzər salmırdım. Bir az öncə dostumuz Sakit mənə zəng etdi ki, bəs səhifəmə baxım. Baxdım və çox məmnun oldum ki, məni də axtaran olarmış. Nə isə, vadar oldum ki, cavabfason bir şey yazım ki, qardaşım salamat olduğumdan feyziyab olsun….


Qulu Zərdabiyə cavab:


Qəzəbli vaxtımda nə keçdin girə!
?Əqlin vücudunla ziddimi, şair?
Sən “özündən getdin”, mən Kürdəmirə,
Şübhələr beynini diddimi, şair


?Görəsən, bu külək haradan əsib?
Sənə şeir yazmaq olubdur nəsib)))
Əlimə keçəndə dilini kəsib,
Yoxlayacam görüm ətdimi, şair?


Zər “tuta” bilirəm, coxdur “şeş – qoşam”
Məcbur edirsən ki, yenə də coşam,
Sakit izin versə kotana qoşam,
Gör Zərdabda səndən cüttümü, şair?


Kimə ilişirsən, bir qədər düşün,
Qardaş, Çingiz ilə sənin nə işin?
Gözlə hələ çıxsın bir ağıl dişin…))
Sözün cəmi dördcə bənddimi, şair?



Cingiz Kürdəmirli
www.kafiye.net