CAN VERİRİK



Ölüm-qalım savasında can alırıq,can veririk,
Bu torpağın yarasına məlhəm olur səhid qanı,
Ana yurdun parçaları birləşdikcə, dirçəlirik.
Qoy tanısın dunya bu gun qəhrəman Azərbaycanı!​


Bu gun xalqın hər bir üzvu bir əskərdir Vətəninə,
30 illik​ bir həsrətə son qoymağa qərarlıyıq.
Sancıldıqca bayrağımız azad olmuş hər elimə,
Zəfər eşqiylə çırpınır ürəyimiz,vüqarlıyıq.​


Əsrlərin sınağından,süzgəcindən keçib gəldik,
Böluk-böluk bölunmuşuk,odur sinəsi dağlıyıq.
Bu gun butöv bir orduyuq,düşmənləri biçib gəldik,
Yenilməzdir birliyimiz,hamımız Qarabağlıyıq.​



Bu gun əskər anaları bir əskərdir özləri də.
“Təki bu Vətən yaşasın,qov yağını ,canım oğul!”
Qələbəyə ilham verir atəş saçan sözləri də:”
Torpaqlaşan,vətənləşən,can Azərbaycanım oğul”



​Azad edək yurdumuzu,gəzək gözəl duzlərini,
Biz bir millət,iki dövlət,butun cahan bunu bildi.
Qoy eşitsin bütün dünya türkün addım səslərini,
Bu, Allahın ordusudur,Haqqını almağa gəldi.


22.10.2020.–tamara nadirova(Tənha Bulud)
www.kafiye.net