Nahidə Tağıyeva Qurbanovanın “Bizi gözləməyin əsir analar”cümləsi ilə başladığı “Adsız”şeirindən təsirlənib yazdım.


Biz niyə bu qədər qeyrətsiz olduq???


Ötdü aylar illər,ömür də keçdi,
Fələk də ömrümə ağ donu biçdi,
Keçdi xəyalımdan,gör nələr keçdi,
Biz niyə bu qədər qeyrətsiz olduq?


Qaldı içimizdə şəhid acısı,
Çalın -carpaz yandı ana-bacısı,
Axı bu yanğını sondurəmməz su,
Biz niyə bu qədər qeyrətsiz olduq?


Xocalıda qırğın salan tac aldı,
Yol gözləyən əsirlər də qocaldı,
Düşmən baxdı fərəh aldı,öc aldı,
Biz niyə bu qədər qeyrətsiz olduq?


Düşmən damğaladı qızı-gəlini,
Közə basdı ayağını,əlini,
Çaldı-çapdı qızılını,ləlini,
Biz niyə bu qədər qeyrətsiz olduq?


Getdi əldən ismətimiz,arımız,
Əsir qaldı Şuşa adlı yarımız,
Budurmu Vətənə etibarımız,
Biz niyə bu qədər qeyrətsiz olduq?


Ağlamaqdan qana dönüb göz yaşım,
Yağılar əlində torpağım-daşım,
Solmazam,az qala ağlımı çaşım,
Biz niyə bu qədər qeyrətsiz olduq?????


Solmaz Şirvanlı31-08-2019
www.kafiye.net