Duruşu əzəmətli.


Ay – ulduzlu bayragın,
Duruşu əzəmətdi!
Döyüş ruhlu əsgərin,
Baxışı əzəmətli!


Hər qarış sərhədlərdə,
Şəhidlərin qanı var.
Azad olan torpaqda
Dədələrin canı var.


Qarabag aşiqinin,
Ölümdən qorxusu yox.
Torpaqı azad olsun,
Başqa bir arzusu yox.


Qürur duyur insanlar,
Rəşadətli orduyla,
Azadlıga qovuşan,
Dədə, baba yurduyla.


Sona bir addım qalıb,
Son damla qan qalınca.
Ordumuz zəfər çalar ,
Laçınım alınınca.



20 .10.2020.
Xuraman Camalqızı
www.kafiye.net