Bayatı sevənlər buyursun.



Yol eylədik..
Daglardan yol eylədik.
Laçın dəhlizin silib,
Turana yol eylədik.




Sevdadı,
Bir istəkdi,sevdadı,
Ayrılıga dözmürəm,
Qarabag bir sevdadı.



Şuşa bizim,
Laçınla Şuşa bizim,
Qarabag ürəyimdi,
Zəngəzur iki gözüm.




Sevinsin,
Danışsın el sevinsin,
Yurdumuz azad olur,
Didərgin el sevinsin.




Çalbayır,
Dəyişibdi çöl,bayır.
Kəndçilərim yıgışsın,
Yol gözləyir Çalbayır.




Qara göl,
Yoxa çıxdın hara göl?
Vətən, vətən deməkdən,
Sinəm oldu yara göl.



Gücünə bax,
Ordunun gücünə bax.
Düşmənə diz çökdürüb,
Aldıgı öcünə bax.




18. 10 2020.
Xuraman Camalqızı
www.kafiye.net