Küçəmizdən şəhid keçdi



Göydə yer yox idi bilud əlindən,
Şəhid gəlişini duyurmuş kimi
Gözün sıxıb tökür,acı selindən,
Yerdə o xəbəri yuyurmuş kimi.



Bu günsə,küçəmiz İşıqlanıbdır,
Dünən şəhidini yola salandan.
Elə insanlar da başqalaşıbdır,
Şəhid anasının ah- fəganından.



Şəhidin daxması ucadan,uca,
Daha qohum-qonşu kasıb söyləmir,
Burda rast gəlmərsən kasıba,aca,
Çün bütöv torpaqda başlar əyilmir.



Budur qəhrəmanlıq,şəhid qanıyla,
Kipriklə od çəkib,tarixi yazmaq.
Erməni düşmənin paşinyanıyla
Dünyasın dar edib qəbrini qazmaq.


Fəridə Köçərli
14.10.20.
www.kafiye.net