dağlar sır saklayandı

Karcığar şarkı

Güfte:
Xuraman Camalqızı

Beste tarihi 18 eylül 2020

Dağlar sirr saxlayandı

Eşqimi dağa söylədim,
Sinəsində saxlasın

Buludlara söylədim ki
Yağış olub ağlasın

Irmaklara söylədim ki,
Dərələrdə çağlasın

Çiçəklərə söylədim ki
Yığıb dəstə bağlasın

Dumanlara söylədim ki
Həsrətimə bürünsün

Gözlərimin önü sıra
Sirli-sirli sürünsün

Yollarına söylədim ki
Ömür kimi uzansın

Alsın götürsün dərdimi
Qətrə-qətrə azalsın

Rüzgarlara söylədim ki,
Ətrin gəlsin havadan

Qanadım açdım göylərə
Xəbər alım dünyadan

Bir sənə söyləmədim ki
Məhəbbət yox könlündə

Gizli-gizli yaşar durur
Mənim küsgün qəlbimdə




Xuraman Camalqızı
www.kafiye.net