Neçə il qabaq arzularımı şeirələrə çevirdim…və bu arzuları Cənab Prezidentimiz həyata keçirdi.Həmişə sizə inanmışıq Ali Baş Komandan!!!

Bu şeiri sizin dilinizdən yazmışdım hörmətli Prezidentimiz.

And.

Azad olmuş Qarabagda qürur ilə gəzəcəyik,
Əzəmətli daglarında qartal kimi süzəcəyik,
Düşmənləri tapdalayıb,cəsarətlə əzəcəyik,
Gəzdirdiyim silahıma,
Baş əydiyim bayragıma,
O, müqəddəs torpagıma and içirəm!!!
Bu torpaqlar yadigardı babalardan,
Vətən bizim anamızdı, eşitmişik atalardan
Sultan bəyin nəslindənik,qorxumuz yox qadalardan,
Gəzdirdiyim silahıma,
Diz çökdüyüm bayragıma,
O ,müqəddəs torpagıma and içirəm!!!


Ən qürurlu anlarını yaşayıram həyatımın,
Azərbaycan birləşibdi kölgəsində qanadımın,
Arxasında dayanıbdı Turan eli, hər andımın,
Gəzdirdiyim silahıma,
Ay – ulduzlu bayragıma,
O, müqəddəs torpagıma and içirəm!!!



Xuraman Camalqızı
www.kafiye.net