ÜREYİMDE



Getmə, ürəyimdə səni basdırım,
Bəlkə nəfəsini duyacam, oglum.
Məzarı anana qonşu qazdırım.
Bilim ki, ona da dayaqsan, oglum,
Bəlkə nəfəsini duyacam,oglum.



Ülfət verdiyinin qəlbin əysən də,
Bəylik köynəyindən,kəfən geysən də,
Ana duasına sən tələssən də,
Demə,məzaracan qonaqsan,oglum,
Bəlkə nəfəsini duyacam, oglum.



Söz verdim anana,səni böyüdəm.
Vəsiyyət etdiyi layla, öyüdnən,
Deməzlər fərqim yox barsız söyüdnən,
Satqından,qorxaqdan uzaqsan oglum,
Bəlkə nəfəsini duyacam, oglum.



Yol verin, oglumla gedim beləcə,
Qoxlayım, oxşayım həsrət bitincə,
Ölümlər, itimlər gözdən itincə.
Son dəfə açılan qucaqsan, oglum,
Bəlkə nəfəsini duyacam, oglum.



Sülhün kölgəsində gəzir yalanlar …
Qurtarsa oyunlar, ölməz balalar,
Çoxalmaz qisassız qada- bəlalar.
ŞƏHİDLƏR ölməyir, oyaqsan,oglum
Bəlkə nəfəsini duyacam, oglum.

Fəridə Köçərli İbrahimova
25.09.2020.

www.kafiye.net