Ətrafda belə insanlar çox…
Yalanlara qurşanmamış




Necə varsan bəsim idin,
Zilə dönmüş səsim idin,
Çox yaxın bir kəsim idin,
Yalanlara qurşanmamış.



Dostlar səni bir ,,pir”bildi,
Hər sözünü bir dür bildi,
Bir sözünü min bir bildi,
Yalanlara qurşanmamış.



İnam vardı, and yox idi.
Nəfs adlı ,,dad”yox idi.
Kasıb idin göz tox idi,
Yalanlara qurşanmamış.



Bülbül idin öz bagında,
Agacının budagında,
Gül balalar sol, sagında,
Yalanlara qurşanmamış.

Fəridə Köçərli İbrahimova
22.09.20.
www.kafiye.net