Ümidsiz düşüncələr



Soyugum atəşdir, atəşim soyuq,
Xəzandan acıdır,baharım, yazım.
Məndən gərəklisə, daş üzlü oyuq,
Gedib iynə ilə görumu qazım.



Səsim daşdan keçir, daşdan mətindir,
Ancaq içimdədir, lal dustaq kimi…
İnamlar yox olub,ümid yetimdir,
Lüləsi paslanmış bir qundaq kimi.



Fəridə, söz verdin əyilmiyəsən.
Sözünü tutmagın dəyanətindir.
Söz ver ki, vətənsiz sən ölmüyəsən,
O söz hürriyyətin,ləyaqətindir.



Fəridə Köçərli İbrahimova
19.09.20.
www.kafiye.net