Dünyamı, aglını əlindən alan?


Dünyadan inciyib , niyə küsürsən?
Dünyamı aglını əlindən alan?
Bilsən də cahanda bir müsafirsən ,
Yenə də dilindən düşməyir yalan.
Dünyamı , aglını əlindən alan ?



İnsanın hədəfi,həm də qərəzi :
Deyirlər dünyadır , günahın nəbzi .
Qeysi məcnun edən bir eşqin məgzi,
Leyliydi eşqiylə çöllərə salan ,
Dünyamı , aglını əlindən alan?



Hanı ana torpa,q , yox Qarabagım.
Dag boyda yüklənib qəlbimdə dagım ,
Susur haqsızlıga solum , həm sagım.
Elini,obanı ediblər talan,
Dünyamı,aglını əlindən alan?



Yaşadan dünyadır , yaşayan insan ,
İnsanı yolundan azdırır şeytan.
Günnahkar nə dünya , nə də ki , zaman.
Fəridə, sorsan da, cavabsız qalan,
Dünyamı , aglını əlindən alan?



Fəridə Köçərli İbrahimova
www.kafiye.net