Yazılmamış sətir


Gözlərimin yaşını buludlara döndərdim,
Taleyinin yoluna yağar -yağar durmadan.
Ahım sis-duman kimi çökər, içinə çökər,
Silkələr vicdanını,boğar-boğar durmadan.


Xəyanət fəslimidir?-eşqin qış yuxusu var…
Aldanmış ümidlərin məhv olmaq qorxusu var,
Hisslərdə,duyğularda intihar qoxusu var,
Burda bitsin bu nağıl son ucuna varmadan.


Sübh çağı çiçəklərdə şehin də hikməti var,
Dağlarda,düzənlərdə mehin də hikməti var,
Könlümə nur çiləyən Haqqın mərhəməti var,
Kölgənin əsarəti bu ruhumu sarmadan.



Zərrə-zərrə bölünüb,zərrə-zərrə itirəm,
Kainatla birləşib,kainatda bitirəm,
Tənha Bulud,mən hələ yazılmamış sətirəm,
Haqdan əlim üzülməz,bu əsrarı sormadan



Tamara Rüstemova Tenha Bulud
www.kafiye.net