Batarsan günaha.




Düşcək başqa səmtə köçüm,
Etdin həmən, öylə seçim…
Sənə sözdən xalat biçim,
Yarı cübbə, yarı çuxa,
Qızıl düymə, gümüş yaxa.



Şən keçirdin bu yayını,
Yenilədin dost sayını,
Göndərirəm, al payını,
Yağdan ucuz, şordan baha,
Çünki lmkan azdı daha.



Əldə badə, yanında dost,
Ruhi – rəvan, dilində tost,
Dünya sənə dəyirmi “most”,
Dərdi – sərin çıxır yoxa,
Batırsan həm də günaha.


Kimə vaxtsız zəng elədin,
Kimi isə dəng elədin,
Çoxumuzla cəng elədin,
Cismin indi dönüb qaxa,
İki göz lazımdı baxa.


“Vur,” amma bil qədərini,
Unutdursun kədərini,
Gir dayaza, keç dərini,
İfadəni çevir “xox”a,
Acizi tut çək çarmıxa.



Vaxt olub, gözlər oymuşam,
Bu həyatdan ta doymuşam,
Qabağına ot qoymuşam,
Neçəsin bağlayıb mıxa,
Demişəm ki, buyur, tıxa.


Çingiz deyir sözü qəti,
İzləyir hər hərəkəti,
Gəzsən bütün məmləkəti,
Yoxdur ondan qəlbi yuxa,
İstər təbi rəvan axa.



05.09.2020.
Çingiz Kürdəmirli
wwww.kafiye.net