İnsan var,gedəndə evdən,insan da var ki,eldən gedir.(öləndə)
Elələri də var,nə eldən,nə də evdən gedir…şahid olduqlarımdan yazılıb.


Olsun



Saxla saglıgında hörmət , izzəti,
Yoxlugun sinələr daglayan olsun .
Dəyişmə , Allahdan gələn sifəti ,
Sözünə, dilinə qoy aynan olsun.
Bəlkə dalınca bir aglayan olsun.



Ömrünün yarısın şəhvətdə, barda,
Nəfsinin yarısın dövlətdə, varda,
Üzünün hayasın ,,cananda,yarda”,
İtirdin, inanma, yananın olsun.
Sanma, dalınca bir aglayan olsun.



Çatsa da, agsaqqal, yaşın altmışa,
Onsuz oxşayırsan aglın atmışa,
Bu yaşda kim edər hörmət alkaşa?(əyyaşa)
Vəsiyyət et, nəşin meylə yuyulsun.
Çətin dalınca bir aglayan olsun.
Axı sənə nə fərq, olsun-olmasın.

Fəridə Köçərli

06.09.2020
www.kafiye.net