Yorulmuşam yorulmaqdan…


Axı nə biləsən

Axı nə biləsən yorulmaq nədir;
Ruhu sıxılanlar görməmisənsə.
Bilmərsən ürəkdən sarsılmaq nədir
Şirin əkib, acı dərməmisənsə.

Axı nə biləsən yorulmaq nədir;
Güllü xəyallarla yatmamısansa.
Sevinci gizlədib, deyiblər qəmdir…,
Qismətlə barışıb, atmamısansa.

Axı nə biləsən yorulmaq nədir;
Hər il dərd kələfi sən çözləməsən.
Araya sədd çəkən ,,dagları” bir-bir,
Yuxunda fəth edib, yol düzləməsən.

Axı nə biləsən yorulmaq nədir;
Su agun olmasa,yeməyin bogma.
Vicdanın boynuna salmasa kəndir,
Ürəyin dag olmaz, Vətənin dogma.



Fəridə Köçərli.
02.08.20.
www.kafiye.net