Beçə balından betər

Çoxumuzun dövran əyib qəddinni,
Baxırsan…Cavanı çalından betər,
Kimsə gözləməyir daha həddini,
Söz deyir, öncəsi dalından betər.

İnkişaf gətirdi bizi bu vaxta,
Başlara keçirdi əbədi noxta,
Həsəd aparan var, hələ bu baxta…
Qara günlərimiz “al”ından betər.

Həyat ibarətdi yalan, saxtadan,
Saxta həkim, resept, dərman, saxta qan,
“Xoruz”lar da edir daha saxta ban,
Toyuq yumurtlayır falından betər.

Cərrahlar arxanı, önü dəyişir,
Çox vücudun uzun – eni dəyişır,
Yediyimiz nə var, “gen”i dəyişir,
Meyvənin dəymişi, kalından betər.

Düz gəlmirsə, əməl ilə dediyin,
Gün gələr çalınar “vida düdüyün”,
Yaltaqlıqla qazanc edib yediyin,
Zəncirdəki itin “yal”ından betər.

Elə də tanınmır özü Çingizin,
Qalıb küi altında közü Çingizin,
Amma oxunursa sözü Çingizin,
Ləzzəti var beçə balından betər!



Çingiz Kürdəmirli.
www.kafiye.net