Dilənəcəm

Kimdən sevgi, kimdən istək?
Qapı-qapı sülənəcəm.
Vətənümçün həm xoş dilək,
Həm də dua dilənəcəm.

Demirəm ki, sizdən artıq
Mən yaşadım bu dünyada.
Deyirəm ki, heç azacıq,
Düşürdümü Vətən yada?

Aldıgın pay sənin o gün,
Artıgıydı bu milllətin.
Əsirlikdə bacın üçün,
Verdikləri yeməz itin.

Çoxu yalan ad-sanlardı…
Mükafatı, təqaüdü
Alıb sözü udanlardı…
Sərf eləmir ər öyüdü
.

Ev verilir -yardım,maşın,
,,Qızıl teştə” dərdmi qusum?
Qalıb yurdum, damım-daşım,
Otuz ildir! yenə susum?

Ay Fəridə, gəl qeyrətə,
Millətindən kömək dilə…
Qisas qalmaz qiyamətə
Vətən üçün cihad elə.
Təmiz gedək axirətə.



Fəridə Köçərli İBRAHİMOVA
18.06 2020.
www.kafiye.net