ELƏMƏ

Üz çevirmə ömrüm-günüm,
Gəl ki,məni xar eləmə,
Səninlədir toy-düyünüm,
Tellərimə qar ələmə!

Varlığındır güvən yerim,
Təkcə sənsən dərdi-sərim,
Sən ey ləlim,a gövhərim,
Gəl ki,eldən ar eləmə!

Canı eylə yara qurban,
Yar yolunda verilər can,
Sevgi bilməz nə bəy,nə xan,
Etmə ahu-zar eləmə!

Esit-dinlə doğru kəsi,
Könlündə qəm şikəstəsi,
Ruha qida bülbül səsi,
Qulağını kar eləmə!

Qal evində öz-özünlə,
Bax aləmə öz gözünlə,
Qal şerinlə,öz sözünlə,
Kimsə yerin dar eləmə!

Solmaz,qəmü-eşqə yanma,
Vəfasızı aşıq sanma,
Doğru sözü söylə,danma,
Hər kəlməni car eləmə!



Solmaz Şirvanlı
16-06-2020
www.kafiye.net