Evdə qalmaq həqiqətən, çox məşəqqətli haldlr. Bir yandan da ən yaxın dostların halını sorması cəhənnəm, heç olmasa, telefona cavab verməməsi adamı hövsələdən çıxarır. Həkim mənə tapşırib ki, əsəbləşməyim, ona görə də hər üç yaxın dostumu əsəbləşdirmək qərarına gələrək elə hər üçünə zarafatyana bir şeir həsr eləmək qərarına gəldim)). İnciyən olsa, mənlik deyil ha….

Üçünüzə
(təcnis)

Hamı olub yeltək əsən,
Dirəşmir nə üçün üzə?!
İndi deyən var, görəsən,
Beş iraddan üçün üzə?

Dövran sıxsın, başdan çıx!..Ar!
Ömür hər gün yaşdan çıxar,
Təbim deyir axtar, çıxar,
Dostlarından üç ün üzə.

Şair deyil, biz qar(ğ)ışıq,
İş yox, amma baş qarışıq,
Gəzim, tapım bir qarı…Şıq,
Şad olun hər üçünüz, ə…

Vahid deyir ki, mən…Ən, ə…
Eldar gülür:- Eh, mənə nə?
Sakit üçün biz mənənə,
Qalıb dostluq üçün üz, ə?

Bura deyil Misir, Sudan,
Hər kəlməmi cəza, “sud” an!
Öz çulunu çıxar sudan,
Deməm, mənim üçün üz, ə.

“Tapar” derlər… Axtarana,
Dostun varsa, axtar, an, a…
Məruz qaldız ax, “taran”a,
Durdum bunun üçün üzə.

Dərd dəvasın yad qılınca,
Hörmət ol ta “qıl”ınca,
Qələm döndü ha, qılınca,
Başların hər üçün üzə…))

Tutaq ki, bu “arama”sa,
Dost etdi bir ara, masa,
Çingiz sizi aram asa, ))
Halaldı hər üçünüzə.



14. 06. 2020.
Çingiz Kürdəmirli
www.kafiye.net