Bir şair ömrü

(2-ci hissə)

Şairin intiharı

(sərbəst-birbaşa)

Yenə o şairin oldugu küçə..
O, dar pəncərəli, dar çərçivəli,
Dabanı yeyilmiş, köhnə cəftəli
Vaxtsız, ya vaxtında döyülən qapı
Mənə boylanmadı, asdı suratı…
Bu həmin küçəmi ,
kecmiş yaddaşım?!
Qaranlıq o otaq nura boyanıb..
Küncdə közərən şam alovlanaraq,
Əllərdə şairə agı deyirdi…
Getdiyi son yola nur ələyirdi.
Hamı aglayırdı, başlar əyili
Küçəyə düzülən güllər də nəmli…
Yenə mən xəlvəti evə yan alıb,
Məni qəlbən sevən həmin adama,
Baş əydim,
mənimçün qurbanlıgıma!
Böyük bir çələngdə- mənim adıma:
,,Özüm tək sevdiyim ,,dəli” qadına”
Dogmalar aglayır, yad pıçıldayır:
Dəli qadın üçün, dəyərmi məgər,
Şair ölümüylə verdiyi dəyər?!
Daha bilmədilər, o, yüz bir əsər,
Dəli qadınındır verdiyi dəyər.
Yenə də xəlvətcə, aradan çıxıb,
Həmin dəli mənəm, duymasın deyə.
,,Şairsevənlərdən” uzaqlaşdıqca,
Gəlirdi izdiham, yenə arxamca.
…hələ də özümə gələ bimirəm,
,,İntihar”yuxusun xatırladıqca.



Fəridə Köçərli İbrahimova
www.kafiye.net