Şarlərin günüdür–şairləri təbrik edirəm.

Bir şair ömrü

(1-ci hissə)

Dünən sizdən keçdim,sizin küçədən
Evlər başdan – başa nur içindəydi.
Təkcə sizin o nur,..ondan deyildi…
Pəncərə , şüşələr qəmli kimiydi.
Sanki içəridə dumanlı hava…
Bəlkə bulud özü nigaranlıqdan
Yenib, şair ilə əhvallaşmaga?
Elə bil qapı da yol gözləyirdi..
Əl atdım dəstəyə,cəfdə diksinib,
Gözünü yollardan güclə ayırdı.
Məni tanımadl, ya inanmadı,
Qayıdıb gedərəm mən ayagına.
Keçdim, xəlvət kimi…
Otaq qaranlıq.
Budurmu sakitlik, yoxsa,agırllq ?
Nəhəng əsərlərdən, boylanan ŞAİR!
İçində ocaqlar c a t ı l a n ŞAİR!
Qələmlə dünyanı boyayan ŞAİR!
İstini, işıgı söylə, bəs necə
Alırsan, közərən, sönən bu şamdan?!
Deyirlər – şairlər sıgmaz cahana…
Bəs necə sıgmısan,sirrini ,söylə,
Bu soyuq, qaranlıq, alçaq tavana?
Yenə də xəlvətcə, çıxdım küçəyə…
birdən məni görüb,sıxılar deyə. ..
..Uzaqdan əl etdim dalımca baxan,
Evə hayan olan
dar pəncərəyə.



Fəridə Köçərli
İbrahimova
www.kafiye.net