İnanmır mənə

Gözəllərlə dolu eşq oylağında,
Bir gözəl seçmişəm, inanmır mənə.
Ğözümün yaşıyla göz qabağında,
Arazı keçmişəm, inanmır mənə.

Onu bənzədərək dan ulduzuna,
Dözmüşəm, dözəcəm hər bir nazına.
Gözü eşq atəşli kafər qızına,
Yüz yol and içmişəm, inanmır mənə.

Deyəsən ah-naləm gedəcək hədər,
Hər sözü qəlbimə yükləyir kədər.
Uzun gecələri səhərə qədər,
Eh, nələr çəkmişəm, inanmır mənə.

A dostlar, hər günüm ömrə yük gəlir,
Sevəndə sən demə dərd böyük gəlir.
Məni dərdə salıb, özü dincəlir,
Ömrümü biçmişəm, inanmır mənə.

İlahi, bəs söylə daha səbrimə,
Xəyallar qururam məhəbbətimə.
Həsrətli gözümdə naçam qəbrimə,
Tər güllər əkmişəm, inanmır mənə.

Sakit, əl çəkəsən bəlkə o yardan,
Eşqi pünhan olan nazlı niğardan.
Ona ürəyimdə təmiz ilqardan,
İmarət tikmişəm, inanmır mənə.



Sakit Memmedova
04. 06. 2020.

www.kafiye.net