Şəkillərə görə dəyərli ziyalımız Zakir Orucov müəllimə təşəkkür edirəm.


Qayıda bilək

Yenə xatirələr məni alıbdır,
Qoynuna basdıgı balası kimi.
O şirin anları gah xırdalayır,
Gah da lay-lay çalır, anası kimi.

Yenə o ilk sevgi, yenə o həyat…
Ömrümün qaiyəsi məni yanladı…
Nə ən qiymətli ləl, nə cavahirat,
Eşq rayihəsini xırdalamadı!

Sevgisi bütövün ürəyi bütöv,
Olmalı olsada, ola bilmədik
Ata–babaların çörəyi bütöv,
Olsa da haqların bütöv etmədik.

Çarpışaq özümüz, qalxaq özümüz,
Bəlkə yatanları ayılda bilək.
Sonra qınamasın gələn nəslimiz,
Dogma Qarabaga qayıda bilək!



Fəridə Köçərli
02.06.2020
www.kafiye.net