Hardan başlayam?

Hər gün güllər alıb gülə dönmüşəm,
Dönmüşəm nəğməyə,dilə dönmüşəm,
Vətən yada qaldı külə dönmüşəm,
Ağlaram,sızlaram, gözü yaslıyam,
Bilmirəm nə yazım,hardan başlayam?

Nə vaxtacan bağlı qalar bu yollar,
Tapdaq olar, dağlı qalar bu yollar,
Həsrət,hicran nağ(ı)lı olar bu yollar,
Könlüm xəzan olub,qar-yağışlıyam,
Bilmirəm nə yazım,hardan başlayam?

Yurdumuz qan ağlar namərd əlindən,
Sonaları ürküb uçub gölündən,
Şəhid anasının ağlar dilindən,
Eynim də açılmır, qəmə tuşluyam,
Bilmirəm nə yazam,hardan başlayam?

Əldə silah da yox,çaxam düşmənə,
Ğorəm ki,gəbərib,baxam düşmənə
Əldə qılınc ola soxam düşmənə,
Vuram təpəsinə,başın daşlı yam,
Nə yazım ay Solmaz,hardan başlayam?


Solmaz Şirvanlı
26-05-2020
www.kafiye.net