Allah görmür?



Yarananan gecə gündüz,
Nahaq haqqa boyun əymir.
Yalanlara deyilir düz .
Yaltaq itlər qurda hürmür,
Yəni bunu Allah görmür?

Bala-baldan şirinsə də,
Ata-ana pirinsə də,
Kölgələri sərinsə də,
Övlad zaysa, barın dərmir,
Yəni bunu Allah görmür?

Var–dövlətçün çalışanlar,
Hacılıqdan sallaşanlar,
Dag əvəzi yal aşanlar,
Xalq gözünə kül üfürmür?
Yəni bunu Allah görmür?

Aşagılar lap çoxalıb,
Yuxarıyçün tam yox olub.
Qarabagım kor ox olub,
BMT-yə niyə girmir?
Yəni bunu Allah görmür?

Əsir olub məzarlarım,
Yoxdur dərdi yozanlarım.
Hanı taley yazanlarım?
Uçub təməl, heç kim hörmür,
Yəni bunu Allah görmür?



Fəridə Köçərli İbrahimova
21.05.2020.
www.kafiye.net