Oxuma, qardaş

Sakit

Qarabağ gedəndən yaralanıbdır,
Şikəst “şikəstəni” oxuma, qardaş.
Vətəntək şikəstəm paralanıbdır,
Yaralı qəlbimə toxuma, qardaş,
Şikəst şikəstəni oxuma, qardaş.

Fəridə

Qərib şikəstəni necə oxudun?
Şikəst şikəstəni oxuma, qardaş.
Qarabag havasın necə qoxudun?
Qara bəxt torpaga gəl olaq sirdaş,
Şikəst şikəstəni oxuma, qardaş.

Sakit

Bu kiçik əsərdə hicran səsi var,
Qarabağ mehinin titrəməsi var.
Şəhid ruhlarının min naləsi var,
Çatmır ki, bu haray çoxuna, qardaş,
Şikəst şikəstəni oxuma, qardaş

Fəridə

Bu dagdan o daga sən qalxammadın,
Arandan yaylaga heç baxammadın.
Verib torpaqları bəs utammadın?
Niyə düşünmədin Qarabag yurddaş?
Şikəst şikəstəni oxuma, qardaş.

Sakit

Sakitəm, çuvalda gizlədib cida,
Biri nöqtə deyir, o biri nida.
Kim isə oxusa, eşitsəm harda,
Şuşam ağlar gəlir yuxuma, qardaş,
Şikəst şikəstəni oxuma, qardaş.

Fəridə

Qəmi duyammıram xoş avazında,
Xan əmi oxuyub, ömrün yazında.
,,Qırmızı koftalı, daglar”, nazın da.
Fəridə çəkəmmir, gözlərində yaş,
Şikəst şikəstəni oxuma, qardaş.


İki gün əvvəl qoyduğum Şəki lətifəsindəki anlaşılmazlıq, bu deyişməyə səbəb oldu.

Sakit Memmedov
20. 05. 2020.
www.kafiye.net