Bu yiyəsizliyimizə özümüz sahib çıxmasaq, ildə bircə dəfə də olsa, üzü Laçına toplaşmasaq, maddi yardımdan başqa heç nə əldə edə bilməyəcəyik!

May ayı


Dəyərliydi bütün fəsli.
Düşmən çaldı axır ayı,
Pərən düşdü kökü, nəsli,
El-obanın fagır ayı
May Laçının agır ayı.

Dərə xəlvət,tülkülər bəy,
O zurnaya dözmədi ney,
Yer agladı, inlədi göy,
Satqın ayı, sagır ayı,
May Laçının agır ayı.

Düşmən dili uzanırdı,
Haqq nazilib sozalırdı,
Rus əmrindən qazanırdı
Xainlərin paxır ayı,
May Laçının agır ayı.

Vətənsizik otuz yazı
Dıga çalır bizim sazı,
Kef eyləyir donuz, tazı,
Əcdadları qatır, ayı,
May Laçının agır ayı.


Fəridə Köcərli.
www.kafiye.net