Oyuna (təcnis)

Bütün dünya lənət oxudu Çinə,
Yer Kürəsin saldı belə oyuna,
“Papış” toxuyanlar şeytana, cinə,
Yaratdılar belə müdhiş oyun, a…

İmkanı olanın hər birin div an,
Ağzını açana tuturlar divan…
Varmı qu tükündən balışlı divan?
Mitil həsrət qalıb daha o yuna.

El qalıbmı, deyən ola: – “Elə sin”!?
Qaldırma başını diz çök elə, sin,*
Tv – lər göstərir hər gün eləsin,
Möhtacdır bir tikə çörək…oy! una.

Çingizəm, dostum var, adı Ramazan,
Sordu məndən, niyə olmur ram, azan?
Dedim ki, gözləyin çıxsın Ramazan,
Birləşin, düşmənin gözün oyun, a!

*Həmişəki kimi əyil.



16. 05. 2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net