36 il bundan öncə anamı itirmək qorxusu var idi, başımda,mənfur “Xərçəng” aldı onu əlimizdən,özü də,rəhm etmədən,göz yaşlarımıza məhəl qoymadan,bizi pərən-pərən etdi o gündən! Sanki həyat söndü Onsuz! O gündən may ayı mənim göz yaşım oldu,36 il bir igidin ömrü,mayın 20- si axşam saat 11-40-da anamı fələk aldı əlimdən! Allah bütün analara rəhmət eləsin,vaxtsız ölümü ilə bir ömür boyu məni ağlar qoydu Anam!!….
Allah rəhmət eləsin,ruhun şad olsun, məzarın Nura boyansın! Anam!!

Bürünüb geyib qara

Bir ana itirmişəm ömrümün gənc yaşında,
Hələ də gözüm qalıb, torpağında, daşında,
Ona şeir yazıram, ömrün payız-qışında,
Düz 36 ildir onu gəzir gözlərim,
Bürünüb geyib qara, özüm həm də sözlərim!

Yenə maydır may gəlib, gül-çicəkli ay gəlib,
İsti gəlib,yay gəlib,elə nişan-toy gəlib,
Bülbüllər cəh-cəh vurur,gülə hay-haray gəlib,
Yenə könlüm sızlayır,taqətsizdir dizlərim
Bürünüb geyib qara, özüm,həm də sözlərim!

Bircə həftə qalıbdır,ilin tamam olmağa,
Əllərinlə əkdiyin,gülün tamam olmağa,
Sənsizlikdən açdığım,dilim tamam olmağa,
Qanatdın bağrımızı,körpə ikən bizlərin,
Bürünüb geyib qara,özüm həm də sözlərim!.

Heyva çiçək acibdır,alçalar da sulanır,
Bu gün ,sabah tut dəyir,yenə beynim bulanır,
Mənim nə çəkdiyimi,özgələri nə qanır,
Yenə cənnətə dönüb, dağım- çölüm,düzlərim,
Bürünüb geyib qara, özüm,həm də sözlərim!

Hərənin öz evi var, işlə-guclə çalışır,
Nəvələr nazı çəkir,başı işə qarışır,
Solmaz qəmin əlində,dərddə yanır-alışır,
Fələk qoymayır gəzəm,yurddan silir izlərim,
Bürünüb geyib qara, özüm həm də sözlərim!


Solmaz Şirvanlı
13-05-2020
www.kafiye.net