BU DÜNYA

Kimlərə kef,kimə dərddi bu dünya,
Kim deyər ki,daha mərddi bu dünya,
Kimlərinə qəm quyusu baş-ayaq,
Gör kimlərə lacivərddi bu dünya!

Kimlərini xoşbəxt etdi əzəldən,
Kimə tələ,kimə ara düzəldən,
Çirkinləri baş eylədi gözəldən,
Necə qaba,necə sərtdi bu dünya!

Kimisinə sâhlıq verdi,tac qoydu,
Kimisini zəlil etdi, ac qoydu,
Kimin diləndirdi,yalavac qoydu,
Qaranlıq zindana dürtdü bu dünya!

Kiminin başından daşdırdı varı,
Kiminə ömürlük qıydı azarı,
Kiminə qürbətdə qazdı məzarı,
Üstün torpaqladı, örtdü bu dünya!

Qoydu taleləri yarı-yarımçıq,
Neçə sarayları eylədi uçuq,
Dünyadan gedəni gözləri açıq,
Apardı əliboş,dərddi bu dünya!

Solmazın canını dərdə tuş etdi,
Ömrünü zimistan,qarlı qış etdi,
Guya ki, bəxtəvər,xoş naxış etdi,
Kədər təndirində pörtdü bu dünya!!



Solmaz Şirvanlı
07-05-2020
www.kafiye.net