Vətən dedim


Vətən dedim,yurdum dedim mən niyə,
Sevgim sığmaz ,gəlməz saya-ölçüyə,
Can fəda eylədim el-obam deyə,
Ərzi-halım yazdım kimsə bilmədi!

Yazdım uçan evi,xəstə halımı,
Gecəli-gündüzlü dərd-məlalımı,
Esidən olmadı qeyli-qalımı,
Başçıdan-məmurdan üzüm gülmədi!

Yazdım ərzi-halım Xalqın Şahına,
Dedim ki, yetişər son pənahına,
Dedim son qoyular məzlum ahina
Heyif ki,bir kimsə dərdim bölmədi!

Qırıldı ümidim,gələn namədən,
Yığdılar gözümü uçan xanədən,
Tükənib taqətim,bilmirəm nədən,
Ağlar gözlərimi kimsə silmədi!

Qəsd edib öldürdüz,çıxdız sonuna,
Vaxtından tez bükdüz əcəl donuna,
Bir haray etmədiz xəstə canına,
Ağrılar canında ilmə-ilmədi!

Heç

Həkimlər yazdığı dərmanlar baha,
Evin də uculub,yerin bir kaha,
Haray çək başçıya,məmura-Şaha,
Gəlsələr köməyə Solmaz ölmədi!!!


Solmaz Şirvanlı (Tənha)
22-04-2020
www.kafiye.net