Qələm və kagızın mənə şikayəti.

Aglayıb, sızladı dəftər-qələmim,
Dedi-qurban olum,bizi korlama.
Söylə, ödəyərik, nədir sələmin,
Əyrini yazanda, düzü korlama,
Sənə qurban olum, bizi korlama.

Elə yaz sevinim , girim qınıma,
Mürəkkəb əvəzi,hopum qanına,
Aldanma verilən ,,bəyən” sayına,
Çırılmış kagızla mizi korlama,
Sənə qurban olum ,bizi korlama.

Fəridə,sanırsan gözümüz kordu ;
Sənin cızma-qaran çoxunu yordu.
Təbin yoxa çıxıb, gözün də tordu?
Ustadlar qoydugu izi korlama,
Sənə qurban olum,bizi korlama.


Fəridə Köçərli İbrahimova 21.dek.19.
www.kafiye.net