Bir nöqtə yaş giləsi

Deyirlər göz yaşı rəngbərəng olur
Bəlkə səbəblərin növləri kimi;
Ayrılıqdan, iztirabdan…
Leysanı var, yagmuru var
Alındakı qırışların,nidası tək,vergülü tək,
Ürəklərdə düyünlənmiş,
Yalanların yarasının naləsi var…
Yavaş-yavaş tüstülənən ,
Köz verməyən, kül altının kösövü tək.
Əyrilərdən,həm düzlərdən,
Məsum sevgi nisgilindən,
Üzülməyən ümidlərin özəyi tək,
Qoruyaraq ,
Hiçran dolu o sevgimdən,
Gözlərimdə bircə nöqtə yaş giləsi saxlamışam…
Ya sevincdən o nöqtəni öz sevgimə son edəcəm,
Ya da, heç vaxt…
Nifrət üçün, göz yaşımın,
N ö q t ə boyda, giləsini
Ona rəva bilməyəcəm.



Fəridə Köçerli İbrahimova / 28.12.19.
www.kafiye.net