Dərdimiz bir olsa da,
Gücümüz ayrı…

Qoy dərdimi özüm çəkim

Günüm keçsə qaralımdan,
Qoy səbrimdən dözüm çəkim.
Yad adama nə yaramdan?
İstər yerə, daşa əkim.
Qoy dərdimi özüm çəkim.

Torpaq mənə agız versə,
Günahımı yuyub sərsə,
Lap dərd-sərim yerə girsə,
Otuz ildir yanır içim,
Qoy dərdimi özüm çəkim.

Dogmalarım köçüb gedib,
Məzarları, çöküb gedib,
Üstümə od töküb gedib,
Bu dərd boyda yoxdu çəkim,
Qoy dərdimi özüm çəkim.

Dagı, bagı qargıyrıq,
Otuz ildir aglayırıq,
Kimə ümüd baglayırıq?
Nə əkmişəm,özüm biçim,
Qoy dərdimi özüm çəkim.

Feride Köçərli İbrahimova / 04.01.20.
www.kafiye.net